Pünhan Rəhimov koronavirusdan vəfat etdi
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İsmayıllı rayon bölmə sədri Pünhan Rəhimov həyatını itirib.
“İNFONEWS” xəbər verir ki, o, koronavirusun qurbanı olub.
Deputat, Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan hadisə ilə bağlı deyib:
“Son zamanlar ard-arda mənə yaxın insanların dünyasını dəyişməsi xəbərini alıram. Bu gün saat 6-da acı xəbər aldım. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İsmayıllı rayon bölmə sədri Pünhan Rəhimov koronavirusdan dünyasını dəyişdi. Mərhumun ailəsinə və yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin. Allah hamımızı bu bəladan qorusun”