Azərbaycanda həbs olunmuş sabiq icra başçısı vəfat etdi
Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev təcridxanada vəfat edib.
“İNFONEWS”-a daxil olmuş məlumata görə, N.Quliyev dünən dünyasını dəyişib.
Sabiq icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.
Məlumat üçün bildirək ki, Nizaməddin Quliyev Goranboy, daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub.
Fəaliyyətində verdiyi nöqsanlara görə bir müddət idi həbs edilmişdi.