“Elə qışqıraram qulağın batar” – Qışqırma rekordu yenilənib
“İNFONEWS” xəbər verir.
Dünyada ən ucadan qışqırmaq üzrə rekordu Böyük Britaniyada yaşayan xanım Cill Dreyk yeniləyib. O, Cənubi Afrikalı Simon Robinsonun 1988-ci ildə 128 desibel gücündə qışqırığını 129.1 desibel fərqində üstünlük əldə edib.
Qeyd edək ki, Cill Dreykin 60 yaşı var və bu xanım məktəbdə müəllim yardımçısı vəzifəsində işləyir.
O, ilk dəfə bu istedadının olmasını Londona səyahəti zamanı parkda sahilin ərtafında ucadan qışqıraraq hiss edib. Həmin gündən sonra evdə heç kim olmayanda ucadan qışqırmaq üzrə məşqlər edirmiş. Həmçinin məktəbdə uşaqlar və gənclərlə işləməsi də onun bu rekordu əldə etməsinə yardım göstərib. Xanım Dreykin qışqıran zaman ən çox sevdiyi “Sakit” sözüdür.