Əməkdar artistin səhhəti ağır stabil olaraq qalmaqdadır
“İNFONEWS” xəbər verir.
Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir.
Bunu “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.
O bildirib ki, Əməkdar artist qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyası 95-96, qızdırması yoxdur. Vəziyyətinə uyğun intensiv terapiya davam edir. Vəziyyəti ağır stabil olaraq qalır.