“Əl Hərir” azərbaycanlı gənclərin Şuşaya səfərindən yazdı

“Əl Hərir” azərbaycanlı gənclərin Şuşaya səfərindən yazdı

“İNFONEWS” xəbər verir.

Əlcəzairin “Əl Hərir” portalında Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələrinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri haqqında xəbər yayımlanıb.

Səfər çərçivəsində 30 gənclər təşkilatının 50-dən çox nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tarixi-mədəni abidələr, erməni vandalizminin acı nəticələri, qədim şəhərin görkəmli yerləri, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olublar. Gənclər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirələrini dərin ehtiramla yad ediblər.

Xəbərdə diqqətə çatdırılıb ki, Şuşaya səfər zamanı 44 günlük Vətən müharibəsi dövründə gənclər təşkilatlarının fəaliyyəti və Qarabağa qayıdışla bağlı qarşıdakı fəaliyyət planları müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir