Məktəbə hazırlaşan balacalar əsasən nəyi bilməlidirlər?

Məktəbə hazırlaşan balacalar əsasən nəyi bilməlidirlər?

“İNFONEWS” xəbər verir.

Mütəxəssislərin araşdırmalarına görə, məktəbə getməyə hazırlaşan hər bir balaca bunları bilməlidir:

•öz adını, soyadını, valideynlərinin adlarını, onların harada işləmələrini, ev ünvanı və telefon nömrəsini bilməlidir;

•hansı ölkədə (şəhərdə) yaşadığını bilməli, ona tanış olan digər ölkə adlarını söyləməyi bacarmalıdır;

•ən geniş yayılmış bitki, heyvan, həşarat adlarını bilməli, heyvan, quşları və balıqlar bir-birindən fərqləndirməli, ev heyvanlardan seçməli, ağacları kollardan, meyvələri tərəvəz və giləmeyvələrdən seçməyi bacarmalıdır;

•vaxtdan baş çıxarmalı, günün saatlarını, ilin vaxtını, onların ardıcıllığını, ildə neçə ay olmasını, ayda neçə gün olmasını, gündə neçə saat olmasını, həftənin günlərini bilməlidir;

•təbiət və hava hadisələri barədə məlumata malik olmalıdır;

•əsas rəngləri bilməlidir;

•”sağ-sol” anlayışını bilməlidir;

•idmanın populyar növlərini, ən geniş yayılmış peşələrin adlarını, əsas yol hərəkəti qaydaları və yol nişanlarını bilməlidir;

•məşhur yazıçı və şairlərin adlarını söyləməyi bilməlidir;

•bayramları bilməlidir;

•nə ilə məşğul olmağı sevdiyi barədə danışmağı bacarmalıdır;

•ən əsası isə “məktəbə niyə gedir” sualına cavab verməyi bacarmalıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir