Xəyalların Şahzadəsinin şeir dəftərindən – “Küləklərə söyləyimmi…”
“İNFONEWS” xəbər verir.
Küləklərə söyləyimmi…
Küləklərə söyləyimmi səni mənə gətirsinlər,
nəfəsini duyum deyə.
bir azcana nazlanaraq, biz azcana titrəyərək
qollarında uyum deyə.
Küləklərə söyləyimmi səni mənə gətirsinlər,
sənsiz keçən anlarımın
nisgilini sayım deyə.
sonra ele əsə – əsə, bu titrəyən əllərimlə
əllərini sığallayım
günüm deyə, ayım deyə.
Küləklərə söyləyimmi səni mənə gətirsinlər,
saçlarına düşən dəni, bircə-bircə saymaq üçün.
ürəyində suladığın həsrətini almaq üçün.
Küləklərə söyləyimmi səni mənə gətirsinlər,
asta – asta, xumar – xumar
buludlardan ötürsünlər.
Bir kimsə də görəmməsin,duyammasın,
yollarında dayanmasın. sənə nəğmə oxuyum mən
lal – dinməzcə. səni gəzən gözlərimlə, içdən gələn sözlərimlə.
oxşayımmı vücudunu həzin – həzin,
bir meh kimi – yarpaqlar da oyanmasın.
Küləklərə söyləyimmi səni mənə gətirsinlər,
başım qoyum dizin üstə. bir azcana mən istəyim,
bir azcana özün istə. gələcəkdən, keçmişdən də,
ömür yolu itmişdən də. özümüzdə sevək bir az üzülməyi, darılmağı.
sonra sevə-sevə yenə xəyallara sarılmağı.
Küləklərə söyləyimmi səni mənə gətirsinlər?!