Azərbaycanda əməkhaqları artıb

Azərbaycanda əməkhaqları artıb

2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 728,5 manat təşkil edib.

“İNFONEWS” xəbər verir ki, “oxu.az”ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artıb.

Əməkhaqqı neft-qaz sektorunda 3207,5 manat, qeyri neft-qaz sektorunda 678,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 646,2 manat, özəl müəssisələrdə isə 827,8 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Azərbaycanda əməkhaqları artıb
Azərbaycanda əməkhaqları artıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir