“DOST” Agentliyinin sədrinə müşavir təyin edildi
Ruslan Mirzəliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədrinə müşavir təyin edilib.
“İNFONEWS” xəbər verir ki, bu barədə oxu.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, R.Mirzəliyev buna qədər DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri kimi çalışıb. Eyni zamanda o, “Yüksəliş” müsabiqəsinin qaliblərindəndir.
Xatırladaq ki, hazırda DOST-un İdarə Heyətinin sədri Fərid Məmmədovdur.