Avtobusda arxa oturacaqda beş nəfər otura bilməz?
Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alınması ciddi narahatlığa səbəb olub. Bununla əlaqədar olaraq vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir
“İNFONEWS” Real Tv-yə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai iaşə və ticarət obyektərində, ərzaq mağazalarında, o cümlədən avtobuslarda reydlər keçirilib.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar tərəfindən də rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin icrasına nəzarət məqsədilə mütəmadi reydlər aparılır, əhali arasında maarifləndirmə işləri həyata keçirilir.