Səyyad Əlizadə ECMO cihazına qoşulub
Bir neçə gündür səhhəti ağır olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb.
“İNFONEWS” xəbər verir ki, bu haqda sənətçinin kürəkəni Razim Qarayev məlumat verib. O bildirib ki, ifaçı köçürüldüyü xəstəxanada ECMO cizahına qoşulub:
“Vəziyyəti ağır olaraq qalır. Dünən axşam Mərkəzi Gömrük Hospitalına köçürülüb. Hazırda reanimasiyadadır və ECMO cihazına qoşulub. Ağ ciyərində 70% “buzlaşma” aşkarlanıb. İnşallah, həkimlərdən xoş xəbərlər eşidərik”.
Qeyd edək ki, Səyyad Əlizadə bir neçə gün əvvəl COVID-19 infeskiyasına yoluxub. Vəziyyəti ağırlaşdıqdan sonra FHN-in Zığdakı modul tipli hospitalına yerləşdirilib.