Çörək əvvəlki qiymətinə qaytarıldı

Çörək əvvəlki qiymətinə qaytarıldı

Azərbaycanda çörəyin qiymətini artıran şirkətlər sabahdan köhnə qiymətə qayıdacaqlar.

“İNFONEWS” “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə “Nömrə 1” çörək firmasının satış müdiri Rahim Nizaməddinov məlumat verib. O bildirib ki, çörəyin satış qiyməti aşağı salınıb.

“Bəzi çörəklərimiz 5, bəziləri isə 10 qəpik bahalaşmışdı. İndi biz onların qiymətini əvvəlki vəziyyətə qaytardıq”, – o bildirib.

“Çörəkçi” zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib.

O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasını Baş nazir Əli Əsədovun imzaladığı “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edilməsi barədə qərarla əlaqələndirib.

Qeyd edək ki, son günlər ölkədə bəzi firmalar tərəfindən çörəyin qiyməti növündən asılı olaraq 5-10 qəpik artırılıb. Çörəyin qiymətində artım edən digər şirkətlər də sabahdan satışı əvvəlki qiymətlərlə həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir