Araz Supermarketdən ictimai qınağa operativ yanaşma

Araz Supermarketdən ictimai qınağa operativ yanaşma

Bir müddət əvvəl “Araz Supermarket əhalinin sağlamlığını niyə təhlükəyə atır?” başlıqlı yazı dərc etmişdik. Yazıda “Araz” Supermarketlər şəbəkəsinə məxsus olan marketlərdən birində baş verən neqativ halla bağlı ictimai qınaq nümayiş etdirilmişdi.

Yazı ilə bağlı şəbəkənin mətbuat xidməti dərhal öz mövqelərini bildirdi. Təbii ki, “İNFONEWS” olaraq, məsələni diqqətdə saxlamaya bilməzdik. Məqalə yayımlandıqdan sonra “ictimai nəzarətçilərimiz” müxtəlif vaxtlarda qeyd edilən marketdə sosial yoxlamalar aparmışdır. Çox təqdirəlayiq və qürurverici haldır ki, şəbəkənin rəhbərliyi tərəfindən məsələ dərhal nəzarətə götürülmüş və problemin həlli istiqamətində ciddi tədbirlər görülmüşdür.

“İNFONEWS” komandası olaraq mövzuya ciddi yanaşdıqlarına görə, başda  “Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti Aydın Talıbov olmaqla, bizimlə yaxından əməkdaşlıq edərək, problemi nəzarətdə saxlayan qurumun mətbuat katibi Nuranə Babayeva və əziyyəti keçən şəxslərə ictimaiyyət adından təşəkkürümüzü bildiririk.

Araz Supermarketdən ictimai qınağa operativ yanaşma

Araz Supermarketdən ictimai qınağa operativ yanaşma

Araz Supermarketdən ictimai qınağa operativ yanaşma

Əlaqədar yazı: https://infonews.az/?p=12168

Qurumun mövqeyi: https://infonews.az/?p=12333

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir