“Queen Flowers” Gül salonunun ətirli çiçəkləri – TƏŞƏKKÜRLƏR

“Queen Flowers” Gül salonunun ətirli çiçəkləri – TƏŞƏKKÜRLƏR

“İNFONEWS” olaraq, “Queen Flowers” gül salonuna dərin təşəkkürümüzü bildirir.

Yüksək keyfiyyətli güllər, zövqlü çiçək dəstləri, bacarıqlı əməkdaşlar – bütün bunlar müştəri məmnunluğunu təmin edən ən əsas xüsusiyyətlərdir ki, “Queen Flowers” gül salonu (Bakıda, 28 may küçəsində, Səməd Vurğun bağının yanında yerləşir) müasir tələblərə cavab verən məhz belə salonlardandır.  

“Queen Flowers” gül salonundan dünən əldə etdiyimiz çiçək buketi gözəlliyi və güllərin ətri ilə zövqümüzü oxşadı. Sözügedən gül salonunun əməkdaşı usta İxtiyar ilə söhbət zamanı bildirdi ki, gülləri çox sevir və müştərilər üçün hazırladığı gül buketləri öz ürəyinə yatmayanda, istədiyi nəticəni görənə kimi onun üzərində işləyir. Çünki gördüyü işlərdən zövq alır.

Başda “Queen Flowers” gül salonunun rəhbərliyi olmaqla, işinin peşəkarı olan usta İxtiyar Mərdanova fəaliyyətində uğurlar arzu edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir