Prezident məcburi köçkünlərdən danışarkən kövrəldi, müxbir duyğulandı
“İNFONEWS” xəbər verir.
Ali Baş Komandan İlham Əliyev Anım Günü ilə əlaqədar Türkiyənin Anadolu Agentliyinə müsahibə verib.
Bu, ölkə başçısının müxbirin “Tez-tez işğaldan azad olunmuş bölgələrə səfər edirsiniz. Görüntülərə isə biz Mehriban Əliyevanın vasitəsilə baxırıq. Sizin dialoqlarınız çox səmimi qarşılanır. Bu barədə nə deyə bilərsiniz”, sualını cavablandırarkən baş verib.
“Biz ilk dəfə Şuşaya gedəndə səhər erkən saatlarda çıxmışdıq, hələ ki qaranlıq idi. Hava işıqlandıqca gözəl mənzərə yarandı və Mehriban xanım öz telefonu ilə onu çəkməyə başladı. Və məni çəkdi, “Yolumuz Şuşayadır” dedim. Hər şey bundan başladı. Adətən mənim səfərlərimi rəsmi heyət işıqlandırır, orada çox rəsmi görüşmələr, çıxışlar, tədbirlər olur. Bu, isə yeni bir yanaşma idi. Bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Mənim ilk növbədə, o bölgələrdə yaşamış insanlar gözümün önünə gəlirdi. Onlar 30 il həsrət içində idilər. Mən gəlmişəm, o binanı, evləri görürəm, amma onlar görmür. Bizim gözlərimizlə görməlidirlər. Onlar nə qədər əzab, əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı!”, – deyə ölkə başçısı qeyd edib.
İlham Əliyevin bu çıxışı müxbiri də duyğulandırıb.