Qeyri-neft-qaz məhsullarının ixracı artıb
“İNFONEWS” xəbər verir.
Cari ilin yanvar-iyul aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə faktiki qiymətlərlə 30,8 faiz, real ifadədə 17,8 faiz artaraq 1 milyard 354,3 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,5 faiz), Türkiyəyə (26,5 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (2,5 faiz), Ukraynaya (1,9 faiz), Çinə (1,9 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,3 faiz), Özbəkistana (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.