Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb
“İNFONEWS” xəbər verir.
Muxtar Respublikada 2021-ci ilin yanvar-avqust aylarında 1 milyard 878 milyon 670 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 4066,4 manata çatıb.