Bu gün Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür
“İNFONEWS” xəbər verir.
Alkoqol asılılığı müasir cəmiyyətin ən böyük problemlərindən biridir. İndi hətta gənclər və yeniyetmələr arasında da alkoqola olan meyil ciddi narahatlıq doğurur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan dünyasını dəyişir.
Qeyd edək ki, spirtli içkilərə həddən artıq aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur.
Alkoqol aludəçiliyi sağlamlığa vurduğu zərərdən əlavə, həm də bütövlükdə cəmiyyətin sosial və iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.
Nə qədər gec deyil alkolollu içkilərə yox deyin, bu tərkibli içkilərdən uzaq durun!