Azərbaycan XİN türkdilli ölkələri təbrik edib

Azərbaycan XİN türkdilli ölkələri təbrik edib

“İNFONEWS” xəbər verir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 3 Oktyabr – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü – Türkdilli Ölkələrin Əməkdaşlığı Günü münasibətilə türkdilli ölkələri təbrik edib.

Nazirlik bu barədə özünün tviterdəki səhifəsində paylaşım edib.

“Bütün türkdilli dövlətləri və xalqları bu münasibətlə təbrik edir və əməkdaşlığımızın hər zaman güclü olmasını diləyirik!”, – deyə nazirliyin təbrikində qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir