Xalq artisti Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib
“İNFONEWS” xəbər verir.
Xalq artisti, məşhur xanənədə Arif Babayev xəstəxanaya yerləşdirilib.
Bu barədə xalq artisti Mənsum İbrahimov məlumat verib. Muğam ustadının sözlərinə görə, Arif Babayev səhhətində yaranan narahatlıq səbəbindən bu gün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
“Hazırda Arif bəy həkim nəzarəti altındadır. Vəziyyəti stabildir”, – Mənsum İbrahimov söyləyib.