“Hərbi təlimlər” üçün hazırlığa qeydiyyat başlanıb
Bakı Gənclər Mərkəzində “Hərbi təlimlər” üçün hazırlığa qeydiyyat başlayıb.
Bakı Gənclər Mərkəzində gələcəyin əsgərlərini formalaşdırmaq, gənclərimizdə hərbi vətənpərvərlik hissi və hərb sənətinə maraq yaratmaq, gəncləri hərbi xidmətə yüksək səviyyədə hazırlamaq daim diqqət mərkəzindədir.
“İNFONEWS” xəbər verir ki, bu səbəblə, Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn tərəfindən “Hərbi təlimlər” hazırlığı üçün qəbula start verilib.
Hərbi təlimə qoşularaq siz:
-Hərbi vətənpərvərlik;
-Milli iradə;
-Silahla davranış;
-Sıra hərəkətləri
-Topoqrafiya öyrənəcəksiniz.
Qeydiyyatdan keçmək üçün tələsin.
Hərbi təlimlər hər şənbə saat 16:30-da Bakı Gənclər Mərkəzində həyata keçiriləcək.