Xocavənddə xeyli sayda tank mərmisi aşkar edilib

Xocavənddə xeyli sayda tank mərmisi aşkar edilib

“İNFONEWS” xəbər verir.

Xocavənddə xeyli sayda tank mərmisi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

Xocavənd RPŞ-nin əməkdaşlarınının rayonun Məmməddərə kəndi ərazisində keçirdikləri tədbir zamanı erməni hərbi qüvvələrinə məxsus döyüş sursatı aşkar edilib.

Aşkar edilən 71 ədəd qəlpəli tank mərmisi və onlara aid 64 ədəd partladıcı aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir