Beş nəfərin ölümünə səbəb olan tələbə dərsə tələsirmiş
“İNFONEWS” xəbər verir.
Dünən səhər saatlarında Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol – nəqliyyat qəzası baş verib. Bu ağır hadisə zamanı beş nəfər həyatını itib, 20-dən çox şəxs isə müxtəlif dərəcəli xəcarətlər alaraq, yaralanıblar.
Məlum olub ki, beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücü Mahmud Əzizov tələbədir. O, ali məktəblərdən birinin 2-ci kurs tələbəsidir.
O, bir gün əvvəl axşam Şamaxı rayonuna gedib və ot sifarişi alıb. Gecə ilə yola çıxan sürücü səhər dərsə çatmaq istəyib, ona görə də gecə yatmayıb və nəticədə bu qəza baş verib.
Qeyd edək ki, sürücünün BC kateqoriyası üzrə sürücülük vəsiqəsi var.