“Trabzonspor” “Fənərbağça”nı 3:1 hesabı ilə məğlub edib
“İNFONEWS” xəbər verir.
Futbol üzrə Türkiyə çempionatının IX turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” doğma meydanda “Fənərbağça”nı qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 3-cü dəqiqədə qonaqların hücumçusu Dieqo Rossi açıb. Lakin meydan sahiblərinin futbolçusu Anastasios Bakasetas 25-ci dəqiqədə hesabı bərabərləşdirib. Matçın 87-ci dəqiqəsində A.Bakasetas komandasının və özünün ikinci qolunu vurub. Bundan dörd dəqiqə sonra Trabzon təmsilçisinin hücumçusu Yusuf Sari hesab arasındakı fərqi artırıb.
Beləliklə, “Trabzonspor” doğma meydanda “Fənərbağça”nı 3:1 hesabı ilə məğlub edib.
Günün digər oyunlarında “Qalatasaray” öz meydanında “Konyaspor”u minimal hesabla məğlub edib – 1:0. “Fatih Karagümrük” isə səfərdə “Altay”ı 1:0 hesabı ilə üstələyib. “Göztəpə” də rəqib meydanda “Kasımpaşa”nı 2:1 hesabı ilə udub.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 21 xalla “Trabzonspor” başçılıq edir. Ondan iki xal geri qalan “Fənərbağça” ikinci, 17 xal toplayan “Beşiktaş” isə üçüncü pillədə qərarlaşıb.