Bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır! – Yevlax
“İNFONEWS” xəbər verir.
Yevlaxda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilmiş “Bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır!” adlı tədbir keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir zamanı ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə gənc könüllülər musiqili çıxışlarını təqdim ediblər. Daha sonra Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələri müxtəlif idman növləri üzrə öz nümunəvi çıxışlarını sərgiləyib. Tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.