“Azərbaycan bayrağı ilə səhvən erməni pavilyonuna daxil oldum”
“İNFONEWS” xəbər verir.
Məlumat verdiyimiz kimi, 22-23 oktyabrda Sami Yusifin dəvəti ilə əməkdar artist Təyyar Bayramov Dubayda “Expo 2020”- da konsert proqramı ilə çıxış edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən yeni təsis edilmiş Ərəb ölkələri və Birləşmiş Ərəb Əmirlikiləri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının üzvü və “İNFONEWS” – un müxbiri Nuranə Hüseynovanın təşkilatçılığı ilə soydaşlarımız konsertində iştirak ediblər.
Nuranə Hüseynova konsertin yüksək səviyyədə keçdiyini, konsertdən sonra isə xaricdə yaşayan azərbaycanlıların əməkdar artist Təyyar Bayramov, eləcə də tanınmış bəstəkar, ifaçı Sami Yusif ilə görüşdüyünü də bildirdi.
“”Ekspo 2020″ -də azərbaycanlıların pavilyonu axtardığım zaman üzümdə Azərbaycan bayrağı əks olunan maska və üçrəngli bayrağımız ilə təsadüfən ermənilərin pavilyonuna daxil oldum. Məni görən erməni nümayəndəliyinin çaşdığını, sonra isə sakitcə başlarını aşağı saldıqlarını seyr etdim. İçəriyə elə bil sükunət çökdü ki…. Başımı qürurla qaldırıb, ordan çıxdım”, – bunu Nuranə Hüseynova tədbirin təəssüratlarını bizimlə bölüşərkən söylədi.
Nuranə xanım konsertdən sonra hamının içində Sami Yusifin doğma dilimizdə “Yaşasın, var olsun, Azərbaycanımız!” deməsini kövrələrək, xüsusilə vurğuladı.