Nigeriyada 12 milyondan çox uşaq qorxudan məktəbə getmir
“İNFONEWS” xəbər verir.
Nigeriyada 12 milyondan çox uşaq qaçırılma qorxusu ilə məktəbə getmir.
Bu barədə ölkə prezidenti Məhəmməd Buxarinin şəxsi katibi İbrahim Qəmbəri bildirib.
Onun sözlərinə görə, xüsusilə ölkənin şimal bölgəsində dövlət məktəblərinə artan hücumlar təhsil sisteminə dağıdıcı təsir göstərə bilir.
Qəmbəri qeyd edib ki, xüsusilə qızların təhlükəsizlik problemləri və onların təsirləri ilə məşğul olmaq çətindir. Qaçırılan tələbələrin əksəriyyəti pul müqabilində sərbəst buraxılıb.
Əksər hallarda xilas edilənlər də travma alır. Hücumlara görə bir çox məktəb təhsili dayandırmalı olub.
(Anadolu agentliyi)