Azərbaycan nefti ucuzlaşır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 28-də 85,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel azdır.
“İNFONEWS” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 84,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 80,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 83,41 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,07 dollar/barel azdır.