Qarabağda geniş miqyasda ağacəkmə tədbirləri keçiriləcək

Qarabağda geniş miqyasda ağacəkmə tədbirləri keçiriləcək

Qarabağ və Şərqi Zəngəzurda geniş miqyasda ağacəkmə tədbirləri keçiriləcək.

“İNFONEWS”-un məlumatına görə, bu barədə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclasında qeyd olunub.

İclasda bildirilib ki, artıq bir-neçə ildir ki, dostluq və qardaşlıq rəmzi olaraq “Gələcəyə nəfəs ol” kampaniyası çərçivəsində Türkiyədə aparılan ağacəkmə tədbirlərinə ölkəmiz də qoşulur. Hər il olduğu kimi bu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək ağacəkmə tədbirləri işğaldan azad edilmiş ərazilərdə ətraf mühitin sağlamlaşdırılması ilə bağlı hədəflərimzə uyğun olaraq bu dəfə Qarabağ və Şərqi Zəngəzurda da geniş miqyasda keçiriləcəkdir.

Görüşdə həmçinin işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturu layihələrinin icrasında ətraf mühit məsələləri, peyk təsvirləri əsasında işğaldan azad edilmiş ərazilərdə meşə ehtiyatlarının ilkin qiymətləndirilməsi haqqında qrup üzvlərinə məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir