Azərbaycanda vaksinasiya yaşı azaldıla bilər
Azərbaycanda vaksinasiya üçün aşağı yaş həddinin azaldılması məsələsinə baxılır.
“İNFONEWS” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, bu istiqamətdə hər hansı bir qərar yoxdur, ancaq məsələ müzakirə olunmaqdadır.
Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev də parlamentdə vaksinasiya yaşının azaldılmasını təklif edib. O qeyd edib ki, virusa yoluxma sürətlə artmaqdadır və bu baxımdan vaksinasiya yaşının azaldılması vacibdir.
Hazırda Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər vaksinasiyaya cəlb edilib. 12-18 yaşlı yeniyetmələrin peyvənd olunması üçün isə vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb olunur.