ABŞ-da 5-11 yaşlı uşaqlara Pfizer vaksini vurulacaq
ABŞ-ın Qida və Dərman preparatlarına Nəzarət İdarəsi (FDA) “Pfizer/BioNTech” vaksininin 5-11 yaşlı uşaqlar üçün istifadəsini təsdiq edib.
“İNFONEWS”-un Trend-ə istinadən məlumatına görə, ABŞ Xəstəliklərə Nəzarət və profilaktika Mərkəzi (CDC) noyabrın 2-də yekun qərar qəbul edəcək.
Bundan əvvəl, FDA mütəxəssisləri “Pfizer/BioNTech” vaksininin 5-11 yaşlı uşaqlar üçün istifadəsini təsdiq etməyə çağırış etmişdilər.
Qeyd edək ki, Pfizer və BioNTech bildirib ki, FDA-nın keçən həftə açıqladığı araşdırmaya görə, onların COVID-19 peyvəndinin 5-11 yaşlı uşaqları koronavirusdan 90%-dən çox qoruyuculuğa malikdir. Vaksinin üç həftəlik fasilə ilə iki mərhələdə vurulacağı nəzərdə tutulur.