Azərbaycanda 2132 nəfər COVID-19-a yoluxub, 26 nəfər ölüb

Azərbaycanda 2132 nəfər COVID-19-a yoluxub, 26 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 132 yeni yoluxma faktı qeydə alınıb, 1 757 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İNFONEWS”-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 526 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 490 789 nəfər müalicə olunaraq sağalıb, 7 021 nəfər vəfat edib, aktiv xəstə sayı 29 110 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 753, ötən müddət ərzində isə ümumilikdə 5 169 788 test aparılıb.

Azərbaycanda 2132 nəfər COVID-19-a yoluxub, 26 nəfər ölüb
Azərbaycanda 2132 nəfər COVID-19-a yoluxub, 26 nəfər ölüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir