Misirin yeni paytaxta köçürülməsi Qahirənin yükünü azaldacaq

Misirin yeni paytaxta köçürülməsi Qahirənin yükünü azaldacaq

“İNFONEWS” xəbər verir.

Misir Prezidenti Əbdülfəttah Sisi administrasiyasının yeni paytaxta köçürülüməsi ilə bağlı hökuməti təlimatlandırıb.

Dövlət başçısı Baş nazir və Mənzil-Kommunal Təsərrüfat və Şəhər İcmaları naziri ilə görüşündə qərarını elan edib.

Təlimata əsasən, hökumətin yeni administrativ əraziyə köçürülməsi dekabr ayında başladılmalıdır.

Qahirə yaxınlığında inşa edilməkdə olan yeni administrativ paytaxda hökumət binaları və qərargah artıq hazırdır. Köçürülmə yarım il ərzində həyata keçiriləcək.

Qahirənin 45 km-liyində salınan yeni paytaxtın 20 milyonluq böyük Qahirənin yükünü azaldacağı güman edilir.

Yeni şəhərdə 6,5 milyon insanın yaşaması nəzərdə tutulub. Burada nazirlik, parlament, hökumət binaları, yaşayış evləri və digər xidmətlər yerləşəcək.

Yeni paytaxtın beynəlxalq uçuşlar üçün nəzərdə tutulan öz hava limanı da olacaq.

Bildirilir ki, 414 min kv km-lik bu tikinti hökumətə ümumilikdə 45 milyard dollara başa gələcək.

(Axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir