ALLAH RƏHMƏT ELƏSİN!
Bakı Dövlət Universitetinin (BDU) kollektivi universitetin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti
Aşur Müseyib oğlu Əliyevin
vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.
“İNFONEWS” xəbər verir ki, o, 75 yaşında dünyasını dəyişib.
A.Əliyev 1965-1969-cu illərdə BDU-nun Kitаbхаnаçılıq fаkültəsində təhsil alıb, 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.
1991-ci ildə “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixi və müasir vəziyyəti (1920-1985-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Uzun müddət fakültədə dekan müavini vəzifəsində çalışıb.
1992-ci ildən Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti idi.
Müxtəlif illərdə bir çox Beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.
Allah rəhmət eləsin!