Zakir Həsənov Moskvaya gedib
Noyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
İclas noyabrın 10-da keçiriləcək.