Misirin “Əl Masa” qəzeti azərbaycanlı qızın uğurlarından yazıb
“İNFONEWS” xəbər verir.
Misirin nüfuzlu “Əl Masa” qəzetində gənc azərbaycanlı qız Sandi Səlimin uğurlarından bəhs edən məqalə dərc olunub.
“Ürəyi Azərbaycanla döyünən gənc qız” sərlövhəli məqalədə 17 yaşlı azərbaycanlı gəncin müxtəlif sahələrə aid 217 şəhadətnamə aldığı, onlardan 80-nin beynəlxalq dərəcəli olduğu qeyd edilib. Hazırda XII sinifdə oxuyan Sandi Səlim fortepiano üzrə magistr dərəcəsi alıb, həmçinin ixtiraçı kimi də uğurlar qazanıb. Onun nitq qüsurlu insanlar üçün ixtira etdiyi cihaz İndoneziya, Cənubi Koreya, Çin, ABŞ və İngiltərədə mütəxəssislərə təqdim olunub. Onun şeirlərindən ibarət kitab da işıq üzü görüb.
Sandi Səlimin yeni – “Happy citizen” layihəsi isə Misirin gənclər və idman naziri Əşrəf Sobhi tərəfindən yüksək qiymətləndirlib.
Hazırda gənc qız Misirin Gənclər və İdman Nazirliyinin könüllüsü kimi fəaliyyət göstərir.
(AZƏRTAC)