“Elmin cazibəsi” silsiləsindən ikinci kitab çapdan çıxıb

“Elmin cazibəsi” silsiləsindən ikinci kitab çapdan çıxıb

“İNFONEWS” xəbər verir.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin layihə rəhbəri olduğu “Elmin cazibəsi” silsiləsindən ikinci kitab çapdan çıxıb.

Bu barədə AMEA-dan bildirilib. Qeyd olunub ki, vəsaitdə institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şirməmməd Nəzərlinin AMEA-nın Yer Elmləri Bölməsinin alimlərindən aldığı və ölkə mətbuatında dərc etdirdiyi müsahibələr, elmi məqalələr, hər materialın məzmununa uyğun fotoşəkillər, dünyanın məşhur simalarının ibrətli mülahizələri və digər yazılar yer alıb.

Kitab AMEA əməkdaşları, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir