Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ÜMUMİ SAYI

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ÜMUMİ SAYI

“İNFONEWS” xəbər verir.

Noyabrın 22-də Azərbaycanda 61 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, “buster” doza ilə peyvənd olunanların sayı isə 48 nəfər təşkil edir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 292 min 495, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 50 min 605, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 524 min 851 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 717 min 39 nəfər təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir