Fərhad Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

Fərhad Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

“İNFONEWS” xəbər verir.

Prezident İlham Əliyev F.Q.Xəlilovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə Fərhad Qurban oğlu Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, noyabrın 26-da Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı F.Xəlilovun 75 yaşı tamam olur.

“İNFONEWS” komandası olaraq, hörmətli Fərhad müəllimi təbrik edir, ona can sağlığı və gördüyü bütün işlərdə uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir