Elman Rüstəmov bir vəzifəsindən azad edilib
“İNFONEWS” xəbər verir.
Elman Rüstəmov Şahmat Federasiyasının prezidenti vəzifəsindən azad edilib.
Noyabrın 26-da Gənclər və İdman Nazirliyində Azərbaycan Şahmat Federasiyasının (AŞF) iclası keçirilib.
İclasda Azərbaycan Şahmat Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Mahir Məmmədov federasiya prezidenti seçilib. O, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.