Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində elektrik kabeli 10 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən “İNFONEWS”-a verilən məlumata görə, yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir