İki hərbi qulluqçumuz Füzulidə minaya düşüb

İki hərbi qulluqçumuz Füzulidə minaya düşüb

Füzuli rayonunda Daxili Qoşunların iki hərbçisi minaya düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “İNFONEWS”-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçuları minaya düşüb.

İki hərbçi rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda həkim nəzarəti altındadırlar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir