Rəşad Məcid yüksək mükafata layiq görüldü
“İNFONEWS” xəbər verir.
Tanınmış yazıçı Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin 2021-ci il üçün “Türk Dünyasına Üstün Xidmət” mükafatına layiq görülüb.
O, bu mükafata həm Azərbaycan, həm də Türk dünyasında gənc ədiblərin yetişməsinə önəmli töhfələr verməsi, şeir, hekayə janrında yazdığı əsərlərinin onlarla dilə tərcümə olunması, xüsusən, publisistik yazılarıyla Türk dünyasının fərqli problemlərini diqqət mərkəzinə çəkməsi səbəbi ilə layiq görülüb.
Vəqfin başqanı Sərhat Kabaklı qeyd edib ki, Rəşad Məcid son 30 ildən artıq bir müddətdə təkcə Türkiyədə deyil, Krımda, Qaqauz elində, Orta Asiya ölkələrində, eləcə də dünyanın digər bir sıra bölgələrində yaşayıb-yaradan türkdilli ədəbiyyat və mədəniyyət xadimlərilə sıx yaradıcı təmaslar qurub, onların Azərbaycanda tanıdılması, bir çoxunun fəaliyyətinin, əsərlərinin ölkəmizdə ilk dəfə nəşri və təbliği işinə dəyərli töhfələr verib.