Filippində prezident vəzifəsinə namizəd seçkilərə qatılmaqdan imtina edib
“İNFONEWS” xəbər verir.
Filippində prezident vəzifəsinə namizədliyi irəli sürülən senator Kristofer Lourens Qo 2022-ci ildə keçiriləcək seçkilərə qatılmaqdan imtina edib.
Bu barədə senator özü noyabrın 30-da jurnalistlərə məlumat verib. Senator qeyd edib ki, bunu onun ailəsi istəmir və o, prezident vəzifəsi uğrunda mübarizəyə qatılmayacaq.
Xatırladaq ki, Kristofer Lourens Qo prezident vəzifəsinə namizədliyini noyabrın 13-də irəli sürüb.
Qeyd edək ki, Filippində Prezident, vitse-prezident və 300-dək parlament üzvünün seçkiləri gələn il mayın 9-da keçiriləcək. Namizədlərin siyahısının son variantının isə gələn ilin yanvarında hazır olacağı gözlənilir.
Filippin Konstitusiyasına əsasən hazırkı Prezident, 76 yaşlı Rodriqo Duterte növbəti dəfə öz namizədliyini irəli sürə bilməz. O, əvvəlcə siyasətdən gedəcəyini elan etsə də, sonradan senator olmaq uğrunda mübarizəyə qatılacağını bildirib.