Deputat Vüqar İskəndərov ilə gənclərin görüşü keçirilib

Deputat Vüqar İskəndərov ilə gənclərin görüşü keçirilib

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov ilə gənclərin görüşü keçirilib.

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov ilə “Gələcəyin gənc lideri” gənclərin görüşü keçirilib.

“İNFONEWS” xəbər verir ki, tədbirin ilk hissəsində deputat Vüqar İskəndərov gənclərə liderlik anlayışı, gənc lider olmaq üçün lazım olan xüsusiyyətlər, gənc nəslin inkişafı və onların mükəmməl vətəndaş kimi yetişməsinin sivil cəmiyyətlərdə qarşıya qoyulan məsələlərdən biri olması haqqında ümumi məlumat verib,  daha sonra gənclərlə lider kimi yetişmək üçün hansı istiqamətlərə müraciət edəcəkləri haqqında diskusiya şəklində maarifləndirici müzakirələr aparıb.

Tədbirin keçirilməsində məqsəd, gənclərin liderlik potensialının üzə çıxarılması, onların siyasi təcrübələrinin artırılması, habelə gənclərin gələcəkdə lider olaraq formalaşdırılması yönündə istiqamətləndirilməsindən ibarətdir.

Tədbirdə bir sıra  media nümayəndələri və 100-ə yaxın gənc iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir