Artıq “Made in Turkey” ifadəsi istifadə olunmayacaq
Türkiyənin ixrac etdiyi məhsullarda “Made in Turkey” ifadəsi istifadə olunmayacaq.
“İNFONEWS” xəbər verir ki, artıq Türkiyənin ixrac məhsulları üçün “Made in Turkey” deyil, “Made in Türkiye” ifadəsi istifadə olunacaq.
Bu barədə Türkiyənin “Resmi Qazete”sində məlumat verilib.
Məlumata əsasən, dövlətlər və beynəlxalq təşkilatlarla bütün fəaliyyətlərdə, yazışmalarda “Turkey”, “Turkei”, “Turquie” ifadələri yerinə “Türkiye” ifadəsi işlədiləcək.