Rusiyada koronavirusdan ölənlərin sayı 58 mini ötüb

Rusiyada son sutka ərzində daha 26 301 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

İNFONEWS APA -ya istinadən xəbər verirki,  APA – nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 212 637 nəfərə çatıb.

Son sutka ərzində 447 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 58 002 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir