Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İNFONEWS -ya verilən məlumata görə, əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən paytaxtın Qaradağ, Abşeron, Nərimanov, Xəzər və Suraxanı rayonları ərazilərində tədbirlər keçirilib. Nəticədə ümumilikdə 5054 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.