“Ramin yeraz”a hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə “Ramin yeraz” kimi qeydiyyatdan keçən, narkotik vasitələrin təbliğini edən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“İNFONEWS” xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.İsmayılov 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, R.İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinərək saxlanılıb. Axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, R.İsmayılov 2018-ci ildə dələduzluqda şübhəli bilinərək tutulub. O, sosial şəbəkələrdə “Ramin yeraz” adı ilə tanınan ifaçıdır.