Məşhur futbolçunun qardaşı dələduzluq səbəbindən həbs edildi
“İNFONEWS” xəbər verir.
Məşhur futbolçu Mahir Şükürovun ögey qardaşı Ümüd Şükürovun dələduzluq etdiyi iddia olunur.
Bu barədə zərərçəkmiş özü KİV-də məlumat verib.
O bildirib ki, Şükürov Ümüd Malik oğlu bir neçə ay əvvəl Gürcüstandan avtomobil ehtiyat hissəsi gətirmək adı ilə ondan 150 manat beh alıb. Dəfələrlə onunla əlaqə saxlayan zaman məsələni həll edəcəyini bildirsə də, sonradan yoxa çıxıb.
Zərərçəkmiş həmçinin Ü. Şükürovun özünü polis zabiti kimi təqdim etdiyini də dilə gətirib.
Hüquq-mühafizə orqanlarından əldə etdilən məlumata görə, Ümüd Şükürov Sumqayıtda dələduzluq etdiyinə görə axtarışda olub. O, bir neçə ay əvvəl həmin cinayətlərinə görə həbs olunub.
Onun hazırda həbsxanalardan birində cəza çəkdiyi bildirilir.